Menyu

Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun tezliklə açılmasına ümid etdiyini bildirib

Şəfa Hüseynli
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun tezliklə açılmasına ümid etdiyini bildirib

Ermənistan Baş nazir Nikol Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun tezliklə açılmasına ümid etdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə "ArmenPress" məlumat yayıb.

“Bu dövrdə biz yeni nəqliyyat imkanları da qazandıq. Axalkalaki-Qars dəmir yolunun hər iki xətti fəaliyyət göstərir. Mən bu məsələni Gürcüstanın Baş naziri ilə də müzakirə etdim və o, mənə hər iki istiqamətdə heç bir problem yaranmayacağına əminlik verdi. Mən bu məsələ ilə bağlı Türkiyə Prezidenti ilə də danışdım və o, bu marşrutların açıq olduğunu təsdiqlədi. Ümid edirik ki, Ermənistan-Türkiyə dəmir yolu ən qısa zamanda açılacaq. Bundan əlavə, TRIPP layihəsi çərçivəsində imkanlar əhəmiyyətli dərəcədə artacaq”, - deyə Baş nazir bildirib.

Əlaqəli Xəbərlər