Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və həmkarları ilə Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi, strateji əməkdaşlıq, regional proseslər, parlament diplomatiyası, eləcə də iqtisadi və humanitar tərəfdaşlıqlar barədə məhsuldar görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov "X" sosial şəbəkə hesabında yazıb.
"Biz qarşılıqlı hörmət, ortaq maraqlar və konstruktiv dialoq vasitəsilə ikitərəfli əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğuladıq", - paylaşımda bildirilib.
Productive meeting with U.S. Chargé d’Affaires in Azerbaijan Amy Carlon and colleagues on the future of Azerbaijan–U.S. relations, strategic cooperation, regional developments, parliamentary diplomacy, and economic & humanitarian partnerships.
— Samad Seyidov (@SeyidovSamad) June 11, 2026
We underscored the importance of… pic.twitter.com/AzM0l5NvH4