Menyu

Tailand şahzadəsi vəfat edib

Operativ Media
Tailand şahzadəsi vəfat edib

Tailand Kralı Maha Vajiralongkornun böyük qızı şahzadə Phatçara Kitiyapha 48 yaşında krallığın paytaxtı Banqkokdakı xəstəxanada vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə kral sarayı bürosunun rəsmi bəyanatında deyilir.

"Tibbi heyətin ciddi və diqqətli qulluğuna baxmayaraq, onun sağlamlıq vəziyyəti durmadan pisləşməyə davam edib və cümə axşamı, 11 iyun 2026-cı il tarixində saat 19:48-də (Bakı vaxtı ilə 16:48-də - red.) Tailand Qırmızı Xaç Cəmiyyətinin tabeliyində olan Kral Çulalongkorn adına Memorial Xəstəxanada 47 yaşında dünyasını dəyişib", - bəyanatda qeyd olunub.

Məlumata görə, şahzadə 15 dekabr 2022-ci il tarixindən etibarən ürək xəstəliyi səbəbindən tibb müəssisəsində "huşsuz vəziyyətdə olub".

Kral sarayı bürosu hələ may ayında ictimaiyyətə xəbərdarlıq etmişdi ki, həkimlərin bütün səylərinə baxmayaraq, həyati vacib orqanlara təsir edən və nəzarətə alınması mümkün olmayan infeksiya fonunda şahzadənin səhhəti pisləşib.

Şahzadə Kitiyapha 2022-ci ilin dekabrında məşq zamanı huşunu itirib və ürək xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilib, daha sonra isə Banqkokdakı Kral Çulalongkorn adına Memorial Xəstəxanaya köçürülüb.

Əlaqəli Xəbərlər