Menyu

Cənubi Koreyanın sabiq prezidenti 30 il həbs cəzası alıb

Operativ Media
Cənubi Koreyanın sabiq prezidenti 30 il həbs cəzası alıb
Cənubi Koreyanın keçmiş prezidenti  Yun Sok Yolu 30 il müddətinə azadlıqdan məhrum edilib.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Seul məhkəməsi sabiq dövlət başçısını Şimali Koreya ərazisinə pilotsuz uçuş aparatlarının göndərilməsi ilə bağlı təqsirli bilib.

İttihama əsasən, Yun Sok Yol Pxenyanın hava məkanına döyüş PUA-larının göndərilməsi barədə göstəriş verib. Prokurorluq hesab edir ki, bu addım 2024-cü ildə ölkədə hərbi vəziyyət elan etmək üçün əsas yaratmaq məqsədi daşıyıb.

Qeyd edək ki, fevral ayında sabiq prezident 2024-cü ilin dekabrında baş vermiş qiyamla bağlı iş üzrə də təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.

2022–2025-ci illərdə Cənubi Koreyaya rəhbərlik edən Yun Sok Yol hərbi vəziyyət elan etdikdən və parlamentin bu qərarı ləğv etməsinin qarşısını almaq üçün Milli Assambleyaya ordu yeritdiyi iddialarından sonra 14 dekabr 2024-cü ildə impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılıb.

Həmçinin onun parlament sədrinin, eləcə də hakim və müxalifət partiyalarının rəhbərlərinin saxlanılması barədə göstəriş verdiyi də iddia olunurdu.

Əlaqəli Xəbərlər