Qırğızıstan parlament sədri Qazaxıstana səfər edib
Şəfa Hüseynli
Qırğızıstan Joqorku Keneşinin (Parlament) sədri Marlen Mamataliyev Qazaxıstana səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev onun Qazaxıstana ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində xüsusi əhəmiyyətini vurğulayıb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və əldə edilən ikitərəfli razılaşmaların effektiv qanunvericilik dəstəyi ilə bağlı məsələlər müzakirə olunub. Hər iki ölkədə həyata keçirilən sistemli sosial-iqtisadi islahatlar barədə məzmunlu və əsaslı fikir mübadiləsi aparılıb. Tərəflər Qazaxıstan və Qırğızıstan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin hərtərəfli inkişafına sadiq olduqlarını bir daha təsdiqləyiblər.