Menyu

Gürcüstan və Qırğızıstan nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq memorandumu imzalayıb

Şəfa Hüseynli
Gürcüstan və Qırğızıstan nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq memorandumu imzalayıb

Gürcüstan və Qırğızıstan arasında baytarlıq, radiasiya və nüvə təhlükəsizliyi sahələrində ikitərəfli əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Anlaşma Memorandumları Gürcüstan və Qırğızıstan Respublikası arasında sektoral əməkdaşlığın dərinləşməsinə, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə və müvafiq sahələrdə ən yaxşı təcrübələrin tətbiqinə töhfə verəcək.

Əməkdaşlığa tənzimləyici təcrübələrin və qanunvericiliyin mübadiləsi, lisenziyalaşdırma və nəzarət məsələləri, radioaktiv tullantıların idarə olunması, nüvə və digər radioaktiv materialların təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallara hazırlıq və cavab mexanizmlərinin hazırlanması, ictimaiyyətin məlumatlılığının artırılması, kadrların yenidən hazırlanması və peşəkar potensialın gücləndirilməsi daxildir.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər