Netanyahu İlham Əliyevə təşəkkür edib
Operativ Media
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda İsrailə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Operativ Media xəbər verir ki, məktubda Azərbaycan ilə İsrail arasında münasibətlərin qarşılıqlı etimad və hörmətə əsaslandığı vurğulanıb.
“Ölkənizin İsrailə davamlı dəstəyinə, oktyabrın 7-də HƏMAS-ın mənfur hücumundan sonra nümayiş etdirdiyiniz həmrəyliyə, həmçinin regional təhdidlərə qarşı mübarizənizə görə Sizə xüsusilə minnətdaram. Bu, hökumətlərimiz və xalqlarımız arasında əsl tərəfdaşlığımızın əsaslandığı etimadı və hörməti təsdiqləyir”, – məktubda bildirilib.