Menyu

Afrika ölkələri ABŞ-dən benzin və dizel yanacağı alışını artırıb

Şəfa Hüseynli
Afrika ölkələri ABŞ-dən benzin və dizel yanacağı alışını artırıb

ABŞ şirkətləri Afrika ölkələrində Fars körfəzi bölgəsindən ənənəvi benzin və dizel təchizatçılarını sürətlə əvəz edirlər.

Operativ Media xəbər verir ki, bu barədə "SABC" radiosu məlumat yayıb.

Bildirilib ki, ötən ilin fevral ayında Fars körfəzində hərbi əməliyyatların başlamasından bəri ABŞ-nin Afrikaya yanacaq idxalı əhəmiyyətli dərəcədə artıb.

Cənubi Afrika bu dövrdə ABŞ-dən 5 milyon barel dizel yanacağı və 400.000 barel benzin idxal edib. 

Ölkə gündə 600.000 bareldən bir qədər çox neft məhsulları istehlak edir. Bunun 160.000 bareli motor yanacağı Cənubi Afrikada çıxarılan kömürdən istehsal olunur. Qalan hissəsi isə qlobal bazardan idxal olunur. Ənənəvi olaraq, Cənubi Afrikanın enerji təchizatının 70%-dən çoxu Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gəlirdi.

Əvvəllər Fars körfəzi ölkələrindən yanacaq alan Kot-d'İvuar və Namibiya ABŞ-dən külli miqdarda yanacaq alır. Radiostansiyanın məlumatına görə, ABŞ Afrikanın əsas dizel və benzin mənbələrindən birinə çevrilir.

Əlaqəli Xəbərlər