Ana səhifə / Dünya / Oman sahilləri yaxınlığında tanker gəmisinə zərbə dəyib Oman sahilləri yaxınlığında tanker gəmisinə zərbə dəyib 13.06.2026, 17:07 Operativ Media Oman sahilləri yaxınlığında naməlum mərminin düşməsi nəticəsində tanker gəmisinin ön hissəsi zədələnib.Operativ Media “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib.Qeyd olunub ki, hadisə Oman sahillərindən şərqdə, 6 dəniz mili məsafədə baş verib.Vurğulanıb ki, ekipajın vəziyyəti yaxşıdır. Hər hansı ekoloji fəsad barədə məlumat verilməyib.Həmçinin qeyd olunub ki, tanker növbəti dayanacaq limanına doğru üzməkdə davam edib.