Menyu

Zelenski və Tramp G7 sammitində iştirak edəcək

Operativ Media
Zelenski və Tramp G7 sammitində iştirak edəcək

Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Tramp iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək G7 ("Böyük Yeddilik") sammitində iştirak edəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd olunub ki, dəvət olunmuş liderlərin, o cümlədən Ukrayna Prezidentinin iştirakı ilə sessiyalar iyunun 16-na planlaşdırılıb.

G7 ölkələrinin liderləri və Zelenskinin Rusiyanı müharibənin başa çatdırılmasına dair danışıqlara necə sövq etmək barədə ümumi yanaşmanı müzakirə edəcəkləri gözlənilir.

Bununla belə, tədbir çərçivəsində Zelenski və Tramp arasında ikitərəfli görüş nəzərdə tutulmayıb.

Əlaqəli Xəbərlər