Menyu

Ermənistan MSK parlament seçkilərinin yekun nəticələrini elan edib

Operativ Media
Ermənistan MSK parlament seçkilərinin yekun nəticələrini elan edib

Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini elan edib.

Operativ Media xəbər verir ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,7 faizini toplayaraq birinci olub.

"Güclü Ermənistan" bloku seçicilərin 23,2 faizinin dəstəyini qazanıb.

"Ermənistan" bloku isə 9,9 faiz səs toplayıb.

Bununla yanaşı, "Çiçəklənən Ermənistan" Partiyası 3,89 faiz səs əldə edib. Partiya parlamentə düşmək üçün tələb olunan seçki baryerini aşa bilmədiyindən qanunverici orqanda təmsil olunmayacaq.

Əlaqəli Xəbərlər