Menyu

Putin və Tramp arasında telefon danışığı olub

Operativ Media
Putin və Tramp arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında 55 dəqiqəlik telefon danışığı baş tutub. Söhbət zamanı liderlər ikitərəfli əlaqələri və beynəlxalq vəziyyəti müzakirə ediblər.

Operativ Media TASS-a istinadən xəbər verir ki, Donald Tramp Ukraynada hərbi əməliyyatların dayandırılması üçün Kiyevə və avropalı tərəfdaşlarına təsir göstərməyə hazır olduğunu bildirib. 

Vladimir Putin isə Kiyevin Rusiyanın mülki infrastrukturuna zərbələrinin cəbhədəki vəziyyəti dəyişməyəcəyini vurğulayıb və əlavə edib ki, əgər Volodimir Zelenski görüşmək istəyirsə, Moskvaya gəlməlidir. 

Tramp ABŞ və İran arasında yeni memorandumun imzalanmağa yaxın olduğunu və bu gün açıqlana biləcəyini qeyd edib. Putin regionu müharibə alovundan qoruyan bu addımı müsbət qarşılayıb.

Sonda tərəflər amerikalı nümayəndələr Uitkoff və Kuşnerin yaxın vaxtlarda yenidən Rusiyaya səfər etməsi barədə razılığa gəliblər.


Əlaqəli Xəbərlər