Səfirlik: Azərbaycanla əməkdaşlığımızı qətiyyətlə möhkəmləndirəcək və inkişaf etdirəcəyik
Operativ Media
Azərbaycanla müstəsna qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz beş il əvvəl bu gün Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə yeni və tarixi mərhələyə qədəm qoyub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
"Şuşa Bəyannaməsinin müəyyən etdiyi hədəflər və ortaq gələcək baxışı əsasında, can Azərbaycanla əməkdaşlığımızı bütün sahələrdə daha da gücləndirərək inkişaf etdirməyə qətiyyətlə davam edəcəyik", - paylaşımda qeyd edilib.