Menyu

Ərdoğan: Qardaşı qardaşa qarşı qoymaq planları baş tutmadı

Operativ Media
Ərdoğan: Qardaşı qardaşa qarşı qoymaq planları baş tutmadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla bağlı son hadisələrə münasibət bildirib.

Operativ Media xəbər verir ki, Ərdoğan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İrana qarşı hücumların ilk günündən etibarən Türkiyənin təmkinli, soyuqqanlı və diplomatiyanı ön planda tutan mövqe sərgilədiyini qeyd edib.

O vurğulayıb ki, Ankara təxribatlara uymayıb, qonşuluq və qardaşlıq münasibətlərinin zədələnməsinə imkan verməyib.

Türkiyə liderinin sözlərinə görə, türklər, ərəblər, kürdlər və farslar arasında yeni qarşıdurmalar yaratmağa yönəlmiş cəhdlər uğursuzluqla nəticələnib və “qardaşı qardaşa qırdırmaq planları” məqsədinə çata bilməyib.

Ərdoğan bildirib ki, bölgədə baş verən dağıntılar, məktəblərdə həyatını itirən uşaqların faciəsi və beynəlxalq hüququn pozulması unudulmayacaq.

Bununla yanaşı, o, minlərlə mülki şəxsin ölümünə səbəb olan bu müharibənin artıq başa çatdığına inandığını ifadə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər