Menyu

Pezeşkian: İran özünü bütün variantlara hazırlayıb

Operativ Media
Pezeşkian: İran özünü bütün variantlara hazırlayıb
İran Prezidenti Məsud Pezeşkian atəşkəs və danışıqlar prosesi ilə bağlı açıqlama verib.

Operativ Media xəbər verir ki, dövlət başçısı əldə olunan nəticənin müharibənin dayandırılması və danışıqların başlanması baxımından mühüm addım olduğunu bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, tərəflər arasında hələ yekun razılaşma formalaşmayıb.

Pezeşkian qeyd edib ki, İran bütün mümkün ssenarilərə hazırdır. O vurğulayıb ki, hökumətin əsas məqsədi istənilən şəraitdə xalqa xidmət göstərmək və ölkənin maraqlarını qorumaqdır.

İran Prezidenti əlavə edib ki, İran xalqı təzyiqlər qarşısında geri çəkilməməyi öyrənib və ölkə öz mövqeyini müdafiə etmək əzmindədir.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər