Albaniya prezidenti Özbəkistana səfər edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Albaniya Prezidenti Bayram Beqay Özbəkistana rəsmi səfərə gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Səfər proqramına əsasən, Daşkənddə keçiriləcək danışıqlarda Özbəkistan və Albaniya arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf perspektivləri müzakirə olunacaq.
Ticarət, sənaye kooperasiyası, kənd təsərrüfatı, "yaşıl" enerji və turizm kimi prioritet sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
Beynəlxalq gündəmdəki məsələlər, o cümlədən çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dəstək barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər çərçivəsində Albaniya Prezidenti həmçinin 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.