Menyu

Filippinin cənubundakı zəlzələdə ölənlərin sayı 68-ə çatıb

Şəfa Hüseynli
Filippinin cənubundakı zəlzələdə ölənlərin sayı 68-ə çatıb

Filippinin cənubundakı Mindanao adasında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb, 33 nəfər isə hələ də itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Filippinin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb.

Fəlakətin nəticələri təxminən 1,4 milyon insana təsir göstərib, onlardan 18,5 mini təxliyə mərkəzlərinə yerləşdirilib.

Qeyd edək ki, hadisə 8 iyun Mindanaonun cənub sahillərində zəlzələ baş verib. Yerli hakimiyyət orqanları 68.000 evə ziyan dəydiyini, onlardan təxminən 12.400-nün tamamilə dağıldığını bildirib. Ən çox ziyan Davao Occidental və Sarangani əyalətlərinə, eləcə də adanın cənubundakı General Santos şəhərinə təsir edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər