Menyu

Özbəkistan və Albaniya prezidentləri görüşüb

Şəfa Hüseynli
Özbəkistan və Albaniya prezidentləri görüşüb
1 dəq oxu

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Albaniyanın Prezidenti Bayram Beqai Kuksaroy iqamətgahında rəsmi nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında iki ölkə arasında praktiki əməkdaşlığın daha da gücləndirilməsi perspektivləri müzakirə edilib.

Əməkdaşlıq üzrə iqtisadi gündəliyi irəli aparmaq üçün Hökumətlərarası Komissiyanın yaradılması və ilk iclasının bu il Daşkənddə keçirilməsi barədə razılığa gəlinib.

Liderlər həmçinin regional və beynəlxalq gündəmdəki cari məsələlər barədə fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər