Menyu

Serbiya Gürcüstanda səfirlik açacaq

Şəfa Hüseynli
Serbiya Gürcüstanda səfirlik açacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Serbiya Prezidenti Aleksandr Vuçiçi təkbətək görüş üçün qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Serbiya tərəfinin Tbilisidə səfirlik açmaq qərarının ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcəyi qeyd edilib.

Təkbətək görüşdən sonra danışıqlar iki ölkə hökumət üzvlərinin iştirak etdiyi genişləndirilmiş formatda davam edib.

Görüşdə Gürcüstan və Serbiya hökumətləri arasında ölkələr arasında iqtisadi münasibətləri yeni səviyyəyə qaldıracaq sərbəst ticarət sazişi üzrə davam edən iş prosesi müzakirə edilib .

Tərəflər həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası məsələlərini də müzakirə ediblər. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər