Menyu

Qətər ABŞ-İran müqaviləsinin imzalanma mərasimində iştirak edəcək

Şəfa Hüseynli
Qətər ABŞ-İran müqaviləsinin imzalanma mərasimində iştirak edəcək

Qətər nümayəndə heyəti cümə günü Cenevrədə keçirilməsi planlaşdırılan ABŞ və İran arasında müqavilənin imzalanma mərasimində iştirak edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Əmirlik Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

Diplomat brifinqdə bildirib ki, "Cenevrədə imzalanma mərasimində Qətər Dövləti bu görüşdə regiondakı digər ölkələrlə birlikdə təmsil olunacaq".

O, həmçinin qeyd edib ki, ABŞ və İran arasında İslamabadda son təmaslar zamanı Doha səylərini Pakistanın vasitəçiliyini dəstəkləməyə yönəldib. Əl-Ənsarinin sözlərinə görə, bu səylərin əsas məqsədi Hörmüz boğazında atəşkəsi təmin etmək və normal gəmiçiliyi bərpa etmək üçün tərəflər arasında anlaşma əldə etmək idi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər