Ermənistan və Fransa müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində bu ölkənin silahlı qüvvələr və veteranlarla iş üzrə naziri Katrin Votrenlə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Papikyan sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf Ermənistan və Fransa arasında formalaşan tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Papikyan qeyd edib ki, İrəvan Parislə əməkdaşlığa böyük önəm verir və bu əlaqələrin inkişafını yüksək qiymətləndirir.
Görüşdə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub.