Menyu

NATO Konyada yeni HHM sistemi yerləşdirəcək

Operativ Media
NATO Konyada yeni HHM sistemi yerləşdirəcək
1 dəq oxu

NATO Türkiyənin Konya şəhərində hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə yeni sistem yerləşdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, İtaliyaya məxsus “SAMP/T” hava hücumundan müdafiə sistemi NATO çərçivəsində Türkiyə ərazisində yerləşdiriləcək.

Sistem Konya şəhərindəki 3-cü əsas hava bazasında quraşdırılacaq.

Nazirliyin açıqlamasına əsasən, addımın məqsədi ölkənin hava hücumundan müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir.

Əlaqəli Xəbərlər