Menyu

Putin Kazanda Hakan Fidanla görüşəcək

Operativ Media
Putin Kazanda Hakan Fidanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan artıq Moskvada səfərdədir: "O, Prezidentlə görüşmək xahişi ilə müraciət edib. Bu xahiş yerinə yetirilib. Vladimir Putin sabah axşam Türkiyənin xarici işlər nazirini qəbul edəcək”.

Vladimir Putin iyunun 17-18-də Kazanda Rusiya Federasiyası ilə Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası arasında münasibətlərin 35 illiyinə həsr olunmuş Rusiya-ASEAN yubiley sammitində iştirak edəcək.

Sammitdə beynəlxalq və regional gündəliyin aktual məsələləri, eləcə də Rusiyanın ASEAN ölkələri ilə əməkdaşlığının inkişaf perspektivlərinin müzakirə edilməsi planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər