Menyu

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə təhlükəsizlik tədbirlərini yumşaldıb

Şəfa Hüseynli
Cənubi Koreya Şimali Koreya ilə sərhəddə təhlükəsizlik tədbirlərini yumşaldıb

Cənubi Koreyanın müdafiə naziri An Gyu-bak ölkə hökumətinin Şimali Koreya ilə sərhəd bölgələrdə yaşayan sakinlər üçün məhdudiyyətləri yumşaltmağı planlaşdırdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Yonhap" Agentliyi məlumat yayıb.

Nazir bildirib ki, "Hərbi heyətin sayının azalması fonunda əməliyyat imkanlarını qoruyub saxlamaqla gələcək təhlükəsizlik şərtlərinə uyğunlaşmaq üçün Giriş Nəzarət Xəttini (GNX) yenidən nəzərdən keçirmək planı hazırlamışıq".

Seul hazırda məhdudlaşdırılmış ərazinin ölçüsünü azaltmağa çalışır. Şimali Koreya ilə Cənubi Koreya arasındakı Hərbi Demarkasiya Xəttindən təxminən 10 kilometr cənubda yerləşən Demilitarizasiya Zonasının orta hesabla 6 kilometr şimala köçürülməsi və vətəndaşların ziyarət edə bilməsi üçün təxminən 270 kvadrat kilometr ərazinin açılması planlaşdırılır.

Müdafiə Nazirliyi həmçinin qonşu 450 kvadrat kilometrlik qorunan ərazilərə qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır ki, bu da bu ərazilərdə özəl tikinti işlərinə icazə verəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər