Menyu

Günvurma zamanı ilk tibbi yardım necə göstərilməlidir? - Həkim danışır

Ayşən Sadıxzadə
Günvurma zamanı ilk tibbi yardım necə göstərilməlidir? - Həkim danışır

Günvurma zamanı ən vacib məsələ zərərçəkənə vaxtında və düzgün ilkin yardım göstərməkdir. İlk növbədə insan günəş şüalarının təsirindən uzaqlaşdırılmalı, kölgəli və ya sərin bir yerə aparılmalıdır. 

Bu sözləri Operativ Media-ya açıqlamasında terapevt hepatoloq Sevinc Abasova deyib.

O bildirib ki, bədən temperaturunun aşağı salınması üçün soyutma tədbirləri görülməli, vəziyyəti imkan verirsə maye qəbul etməsi təmin olunmalıdır:

“Ağır hallarda isə xəstə mütləq tibb müəssisəsinə çatdırılmalıdır. Xüsusilə huşun itməsi, nəfəsalma çətinliyi və ya digər həyati əlamətlərdə dəyişiklik müşahidə edilərsə, təcili tibbi yardım vacibdir.

Bu mövzu ilə bağlı yadıma illər əvvəl baş vermiş bir hadisə düşür. Təxminən 15 il əvvəl işlədiyim müəssisədə bir yaşına yaxın bir uşaq gətirmişdilər. Uşaq uzun müddət günün altında qaldığı üçün huşunu itirmişdi və vəziyyəti olduqca ağır idi. Demək olar ki, ürək fəaliyyəti hiss olunmurdu. Həmin anda ilkin yardım göstərərək ürək-ağciyər reanimasiyası tətbiq etdim, döş qəfəsinə təzyiqlər göstərdim və süni tənəffüs verdim. Görülən tədbirlər nəticəsində uşağın ürək fəaliyyəti bərpa olundu və vəziyyətini stabilləşdirmək mümkün oldu. 

Bu hadisə bir daha göstərir ki, günvurma sadəcə halsızlıq deyil, vaxtında müdaxilə edilmədikdə həyati təhlükə yarada bilən ciddi bir vəziyyətdir. Bəzi hallarda günvurma qıcolmalarla da müşayiət oluna bilər və belə hallarda dərhal tibbi yardım almaq lazımdır”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər