Menyu

Komitə sədri: Rezidentura keçməmiş həkimlər regionlara göndəriləcək

Operativ Media
Komitə sədri: Rezidentura keçməmiş həkimlər regionlara göndəriləcək
1 dəq oxu

Regionlarda həkim çatışmazlığı var, ilkin səhiyyə xidməti çox bərbad haldadır. 

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənon bugünkü iclasında deyib.

Onun sözlərinə görə, Bərdə rayonunda bu sahədə həyata keçirilən pilot layihə də o qədər uğurlu olmayıb.

O qeyd edib ki, uzun müddət bu sahədə aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycan Tibb Universitetini bitirən, rezidentura təhsili almamış həkimlərin regionlara göndərilməsi nəzərdə tutulur.

Əlaqəli Xəbərlər