Menyu

Estoniya parlamenti sentyabrın 2-də prezident seçkiləri keçirəcək

Şəfa Hüseynli
Estoniya parlamenti sentyabrın 2-də prezident seçkiləri keçirəcək

Estoniya Parlamentinin üzvləri sentyabrın 2-də yeni prezident seçmək üçün fövqəladə iclasa toplaşacaqlar.

Operativ Media xəbər verir ki, bu barədə "ERR" məlumat yayıb.

Müvafiq qərar hazırkı dövlət başçısı Alar Karisin təklifi ilə Parlamentin sədri Lauri Hussar tərəfindən qəbul edilib.

Baltikyanı respublikanın konstitusiyasına görə, ölkə prezidenti parlament üzvləri tərəfindən beş illik müddətə seçilir və ardıcıl iki müddətdən çox vəzifədə ola bilməz. Namizədin irəli sürülməsi üçün parlamentin ən azı beşdə birinin və ya 21 üzvün dəstəyi tələb olunur. Parlament üzvlərinin ən azı üçdə ikisinin - 101 səsdən ən azı 68-nin dəstəyini alan namizəd seçilmiş hesab olunur. Parlament üç tur ərzində dövlət başçısını seçə bilməsə, qərarı seçki kollegi qəbul edəcək.

2021-ci ilin oktyabr ayından bəri bu vəzifəni tutan Karis əvvəllər prezidentliyə namizədliyi ilə bağlı qərarını 25 iyunda açıqlayacağını bildirmişdi. Onun səlahiyyət müddəti bu ilin payızında bitir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər