Menyu

Robert Köçəryanın toxunulmazlığı ləğv edilib

Operativ Media
Robert Köçəryanın toxunulmazlığı ləğv edilib
1 dəq oxu
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) “Ermənistan” blokunun lideri, parlament seçkilərində namizəd Robert Köçəryana qarşı cinayət işinin açılmasına razılıq verib.

Operativ Media xəbər verir ki, qərar Ermənistan Baş Prokurorluğunun müraciətinin bu gün MSK-da müzakirəsinin yekununda verilib.

Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl “Ermənistan” blokundan olan üç deputatlığa namizədə qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına vəsatət təqdim etmişdi.

Əlaqəli Xəbərlər