Menyu

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Operativ Media
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
1 dəq oxu

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, iclasın iştirakçıları bu gün, həmçinin Xocalı rayonunun Daşbulaq kəndində yerləşən tut bağına və baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçiriblər. Qonaqlara görülmüş işlər və yaradılmış şərait barədə məlumat verilib.

Əlaqəli Xəbərlər