Menyu

Prezident: 30 il ərzində dəfələrlə mənasız danışıqlar aparıldı

Operativ Media
Prezident: 30 il ərzində dəfələrlə mənasız danışıqlar aparıldı

Azərbaycan torpaqları işğal altında olan zaman 30 il ərzində dəfələrlə mənasız danışıqlar aparıldı.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı ATƏT-in keçmiş Minsk qrupunu nəzərdə tutaraq deyib ki, onların yeganə hədəfi Azərbaycanın torpaqlarının Ermənistanın işğalı altında saxlaması idi:

"Sülhü əldə etmək, ərazilərimizi işğal altından azad etmək mandatına malik olan ATƏT-in Minsk qrupunun həmsədrləri - BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri Fransa, Rusiya, ABŞ - Ermənistanı Azərbaycanın ərazilərindən çıxmağa vadar edə bilmirdi. Danışıqların aparılması elə onların birgə qərarından irəli gəlirdi".

İlham Əliyev bəyan edib ki, Azərbaycan vəziyyəti dəyişdi.

"Biz danışıqlar prosesinin başlanğıcında böyük ümidlər var idi. Çalışırdıq ki, sülh ilə məsələnin çalışmasına nail olaq, böyük ölkələri dilə gətirək ki, həqiqət bizim tərəfimizdədir. Biz haqlıyıq. Bizim ərazilərimiz işğal olunub. Baxın xəritəyə, Ermənistanın qoşunları bizim ərazimizdə idi. Cavabda eşidirdik ki, yəni, gedin və razılaşın. Bu, bir mesaj idi. Digər bunun həll variantı yoxdur. Üçüncü mesaj yəni siz müharibəyə başlaya bilməzsiniz. Dördüncü mesaj, əgər siz müharibəni başlasanız, sanksiya tətbiq edəcəyik".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər