Menyu

Özbəkistan BRICS Yeni İnkişaf Bankına qoşulub

Şəfa Hüseynli
Özbəkistan BRICS Yeni İnkişaf Bankına qoşulub

Özbəkistan rəsmi olaraq BRICS ölkələri tərəfindən yaradılan Yeni İnkişaf Bankına (NDB) qoşulub.

Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Qeyd olunur ki, Özbəkistan Banka qoşulan ilk Orta Asiya ölkəsidir. Bu, ölkəyə böyük infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli maliyyə resursları cəlb etmək imkanlarını genişləndirməyə imkan verəcək.

Bildirilir ki, artıq ilkin layihə portfeli formalaşdırılıb. Buraya nəqliyyat infrastrukturu, enerji, sənaye, kommunal xidmətlər və su təchizatı sahələrində təşəbbüslər daxildir.

Özbəkistanın iştirakı ilə ilk layihələrin hazırlanmasına yaxın gələcəkdə başlanılması gözlənilir. 

İnkişaf Bankı 2015-ci ildə BRICS ölkələri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın təşəbbüsü ilə yaradılıb. Yarandığı gündən bəri Bank ümumi dəyəri təxminən 43 milyard dollar olan 139 layihənin maliyyələşdirilməsini təsdiqləyib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər