Azərbaycan Qırğızıstanda 5 ulduzlu hotel tikir - FOTO
Azərbaycan Qırğızıstanın İssık-Kul bölgəsinin Kara-Oy kəndində gölün sahilində 5 ulduzlu hotel tikir.
Operativ Media-nın məlumatına görə, Qırğızıstan Prezident yanında Milli İnvestisiya Agentliyi hotelin tikintisini monitorinq edib.
Məlumata görə, agentliyin nümayəndələri tikinti işlərinin mövcud vəziyyətini öyrənib, işlərin gedişatını və obyektin tikintisinin növbəti mərhələlərini müzakirə ediblər.
Hotel Azərbaycan Prezident Administrasiyası və Qırğızıstan Nazirlər Kabineti arasında əməkdaşlıq çərçivəsində inşa edilir. Layihə regionda turizm infrastrukturunun inkişaf etdirilməsinə yönəlib.
Qeyd edək ki, hotelin tkintisi üçün 17 hektar torpaq sahəsi ayrılıb ki, bunun da 12 hektarı tikinti, 4 hektarı park, 1 hektarı isə çimərlik üçün ayrılacaq:
Buraya müxtəlif kateqoriyalı hotel otaqları, konfrans zalları, ictimai iaşə müəssisələri, istirahət və sağlamlıq zonaları daxildir. Obyekt turistlərin, rəsmi nümayəndə heyətlərinin, biznes nümayəndələrinin və beynəlxalq tədbirlərin iştirakçılarının yerləşməsi üçün nəzərdə tutulub.
Hazırda obyektdə quraşdırma və tamamlama işləri davam etdirilir. Binanın əsas bina konstruksiyalarının tikintisi başa çatıb, daxili və xarici tamamlama işləri, eləcə də mühəndis kommunikasiyalarının və texnoloji avadanlıqların quraşdırılması davam edir.