Menyu

Azərbaycan və Latviya XİN-ləri arasında strateji dialoqun növbəti iclası keçirilib

Operativ Media
Azərbaycan və Latviya XİN-ləri arasında strateji dialoqun növbəti iclası keçirilib

Riqa şəhərində Azərbaycan Respublikası və Latviya Respublikası Xarici İşlər Nazirlikləri arasında strateji dialoqun növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyində dövlət katibinin müavini, siyasi direktor İvars Lasis rəhbərlik edib.

Görüş zamanı, Azərbaycan ilə Latviya arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, eləcə də müntəzəm təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Dialoq çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər