Menyu

XİN rəsmisi IGAD rəhbərliyi ilə görüş keçirib

Operativ Media
XİN rəsmisi IGAD rəhbərliyi ilə görüş keçirib
1 dəq oxu

18 iyun tarixində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika qitəsinin səkkiz ölkəsini birləşdirən Hökumətlərarası İnkişaf Təşkilatının (IGAD) icraçı direktoru Vorkneh Gebeyehu Negevo ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında ikitərəfli və beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və institusional mexanizmlərin əhəmiyyəti vurğulanıb. 

Görüşdə həmçinin Azərbaycan və IGAD arasında siyasi, iqtisadi, təhsil, səhiyyə, iqlim, ictimai xidmət, nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər