Menyu

İran dəniz limanlarının blokadası ləğv edilib

Operativ Media
İran dəniz limanlarının blokadası ləğv edilib

“Amerika Birləşmiş Ştatları faktiki olaraq İran dəniz limanlarının blokadasını aradan qaldırıb və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb”.

Operativ Media xəbər verir ki, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

"ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımıza düşən hissəni yerinə yetiririk", - Vens əlavə edib.

Vens bundan başqa ABŞ-ın İran yaxınlığında hərbi mövcudluğunun azaldılmasının da razılaşmanın bir hissəsi olduğunu bildirib.

"Bu, yekun razılaşmadır. Bu halda, qoşunlarımızın səviyyəsini də münaqişədən əvvəlki səviyyəyə endirəcəyik. Yəni orada əlavə aviadaşıyıcı zərbə qrupları saxlamayacağıq", - Vens vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər