Menyu

"Diabet xəstələri diqqətli olsun" – Qarpızın gizli təhlükələri

Ayşən Sadıxzadə
"Diabet xəstələri diqqətli olsun" – Qarpızın gizli təhlükələri

"Qarpız yay mövsümünün ən çox sevilən meyvələrindən biridir və düzgün miqdarda istehlak edildikdə sağlamlıq üçün bir sıra faydalar təmin edə bilər".

Bu sözləri Operativ Media-ya açıqlamasında qida eksperti Fərid Səfərov deyib. 

Onun sözlərinə görə, qarpızın təxminən 90 faizdən çoxunun sudan ibarət olması orqanizmin maye balansının qorunmasına kömək edir:

"Xüsusilə isti havalarda susuzlaşma riskini azaltmağa dəstək olur. Tərkibində olan C vitamini immun sisteminin normal fəaliyyətinə kömək edir, A vitamini isə göz və dəri sağlamlığı üçün faydalıdır. Qarpız həmçinin güclü antioksidant hesab olunan likopen maddəsi ilə zəngindir. Likopen hüceyrələri sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir və ürək-damar sağlamlığının dəstəklənməsində rol oynaya bilər.

Qarpız aşağı kalorili meyvə olduğundan çəki nəzarəti proqramlarında da istifadə edilə bilər. Tərkibindəki lif həzm sisteminin fəaliyyətini dəstəkləyir və toxluq hissinin yaranmasına kömək edir.

Bununla yanaşı, qarpızın həddindən artıq istehlakı bəzi insanlarda köp, həzm narahatlığı və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə şəkərli diabet xəstələri qarpızı ölçülü şəkildə istehlak etməlidirlər.

Digər vacib məqam isə mövsümündən əvvəl satışa çıxarılan qarpızlarla bağlıdır. Ən çox narahatlıq doğuran məsələ onların yetişdirilməsi zamanı istifadə olunan gübrə və digər aqrotexniki vasitələrdir. Erkən yetişdirilən qarpızlarda nitrat səviyyəsinin yüksək olma ehtimalı daha çox ola bilər. Həddindən artıq nitrat qəbul edilməsi bəzi insanlarda həzm pozğunluğu, ürəkbulanma, baş ağrısı və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bununla yanaşı, vaxtından əvvəl yığılmış qarpızlar tam yetişmədiyi üçün dad və qida dəyəri baxımından da zəif ola bilər. Buna görə qarpızı etibarlı satış məntəqələrindən almaq, kəsilmiş halda satılan məhsullardan uzaq durmaq və saxlanma şəraitinə diqqət etmək vacibdir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər