Menyu

Livanın cənubunda 4 İsrail əsgəri həlak olub

Xəbərlər redaksiyası
Livanın cənubunda 4 İsrail əsgəri həlak olub
1 dəq oxu

Cənubi Livanda gedən döyüşlərdə batalyon komandiri də daxil olmaqla dörd İsrail əsgəri həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İsrail ordusunun açıqlamasında bildirilir ki, 32 yaşlı polkovnik-leytenant Dor Gedalia Ben Simhon və 401-ci Briqadanın 52-ci batalyonunun komandiri Livanın cənubundakı döyüş zamanı öldürülüb.

Hərbçilər əlavə ediblər ki, eyni hadisədə üç əsgər də həlak olub, lakin onların adları hələlik dərc olunmayıb və daha sonra açıqlanacaq.

Əlaqəli Xəbərlər