Menyu

İsmayıl Bəqai: Hörmüz boğazı bağlanmayıb

Operativ Media
İsmayıl Bəqai: Hörmüz boğazı bağlanmayıb

İranın Xarici İşlər Nazirliyi (XİN) Hörmüz boğazının bağlanması ilə bağlı məlumatları təkzib edib.

Operativ Media xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

O, bir sıra KİV-lərdə Hörmüz boğazı vasitəsilə gəmiçiliyin dayandırılması ilə bağlı dərc olunan məlumatları əsassız adlandırıb.

Bəqainin sözlərinə görə, İran Silahlı Qüvvələri anlaşma memorandumuna uyğun olaraq, ticarət gəmilərinin boğazdan təhlükəsiz keçidini təmin etmək üçün lazımi tədbirlər görüb.

"Bu marşrut üzrə gəmiçilik davam edir", - İran XİN-in nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniyanın "Bild" qəzeti İsrailin Livana endirdiyi zərbələrdən sonra İranın Hörmüz boğazını bağladığını və ABŞ ilə danışıqları dayandırdığını bildirmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər