Menyu

Britaniyada iki qatarın toqquşması nəticəsində maşinist ölüb, 89 nəfər yaralanıb - YENİLƏNİB

Operativ Media
Britaniyada iki qatarın toqquşması nəticəsində maşinist ölüb, 89 nəfər yaralanıb - YENİLƏNİB
Böyük Britaniyanın Bedford bölgəsində iki qatarın toqquşması nəticəsində qatar maşinisti ölüb, 89 nəfər yaralanıb. 

Operativ Media xəbər verir ki, bu barədə ''The Guardian'' məlumat yayıb.

Şərqi İngiltərə təcili yardım xidmətinin məlumatına görə, yaralananlardan 11 nəfər çox ağır xəsarət alıb, 22 nəfər isə ağır yaralanıb, daha 56 nəfər isə yüngül xəsarət alıb.

Dəmir yolu operatorunun verdiyi məlumata görə, hadisə Korbidən Sent Pankrasa və Nottinqemdən London Sent Pankrasa qatarlarında olub.




***

19 iyun 22:50

Böyük Britaniyanın Bedford qraflığında iki sərnişin qatarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Korbi şəhərindən gələn qatar Nottinqemdən hərəkət edən qatarın arxa hissəsinə çırpılıb. Nəticədə sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə beş təcili tibbi yardım helikopteri və digər xilasedici qüvvələr cəlb olunub. Britaniya Nəqliyyat Polisi hər iki qatarın London istiqamətində hərəkət etdiyini bildirib.

Qəzanın Bedford stansiyasından təxminən 4 kilometr cənubda baş verdiyi qeyd olunub. Hadisənin səbəbləri araşdırılır.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər