Menyu

Makron: Aİ Ukrayna məsələsində vasitəçi ola bilməz

Operativ Media
Makron: Aİ Ukrayna məsələsində vasitəçi ola bilməz
1 dəq oxu

Fransa Prezidenti Emmanuel Makron Avropa Şurasının sədri Antonio Koştanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə əlaqələr qurmaq cəhdlərini tənqid edib.

Operativ Media xəbər verir ki, Makron Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib ki, Koştanın təhlükəsizlik zəmanətləri kimi məsələlərdə üzv dövlətləri təmsil etmək səlahiyyəti yoxdur.

Fransa lideri vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlarda Avropa ölkələri birbaşa iştirak etməlidir və Avropa İttifaqı Ukraynaya dəstək verdiyi, eləcə də Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi üçün vasitəçi rolunda çıxış edə bilməz.

O, həmçinin Avropa ölkələrinin ABŞ-nin təşəbbüsü ilə aparılan danışıqlara qoşulmasının vacibliyini qeyd edib.

Əlaqəli Xəbərlər