Menyu

Konqoda “Ebola” virusundan ölənlərin sayı 245 nəfərə çatıb

Operativ Media
Konqoda “Ebola” virusundan ölənlərin sayı 245 nəfərə çatıb
1 dəq oxu

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.

Nazir bildirib ki, hazırda 416 xəstə xəstəxanada müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz təşkil edir.

Əlaqəli Xəbərlər