Menyu

Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər həlak olub

Şəfa Hüseynli
Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər həlak olub
1 dəq oxu

Pakistanın şimal-qərbində yol kənarında baş verən iki partlayış nəticəsində ən azı yeddi nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

Hadisə Əfqanıstan yaxınlığındakı Şimali Vəziristan bölgəsi ilə həmsərhəd olan şimal-qərbi Xayber Paxtunxva əyalətinin Bannu rayonunda baş verib.

Məlumata görə, bombalar yolun kənarına yerləşdirilib. Rayon polis rəisi Yasir Afridi jurnalistlərə bildirib ki, ilk partlayış sərnişin mikroavtobusuna dəyib, beş nəfər ölüb, üç nəfər yaralanıb.

İkinci partlayış yerli sakinlər cəsədləri və yaralıları təcili yardım maşınlarına apararkən baş verib. İkinci partlayışda ən azı iki nəfər həlak olub.

Əlaqəli Xəbərlər