Ceyhun Bayramov və Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər
Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Bəxtiyor Səidov telefon danışığı zamanı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, əldə olunmuş razılaşmaların icrası, habelə ticarət, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
15:15
Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Bəxtiyor Səidov telefon danışığı aparıb, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistanın XİN rəhbəri sosial şəbəkələrdə məlumat verib.