Menyu

Münhendə yük qatarları toqquşub

Operativ Media
Münhendə yük qatarları toqquşub
1 dəq oxu

Almaniyanın Münhen şəhərində səhər saatlarında iki yük qatarı körpü üzərində toqquşub.

Operativ Media xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Yerli polis bildirib ki, qəza zamanı vaqonlardan ikisi relsdən çıxaraq körpüdən aşağı aşıb.

Hadisənin səbəbi araşdırılır.

Yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib ki, hadisə yerinə təxminən 60 xilasedici və digər fövqəladə hallar əməkdaşı cəlb edilib.

Əlaqəli Xəbərlər