ABŞ bəzi aktivlərini İrana qaytara bilər
Operativ Media
Vaşinqton administrasiyası ümid edir ki, İran BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verəcək. Bunun müqabilində ABŞ əvvəllər dondurulmuş aktivlərin bir hissəsini Tehrana verməyə hazırdır.
Operativ Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşr mənbələrinə istinadən bildirir ki, Birləşmiş Ştatlar İranın BMT müfəttişlərini danışıqların birinci mərhələsindən sonra ABŞ və İsrail tərəfindən bombalanan nüvə obyektlərinə dəvət etməsini istəyir.
ABŞ bunun müqabilində İrana Qətərdəki 6 milyard dollar həcmində dondurulmuş vəsaitinin bir hissəsini əldə etmək imkanı verməyə hazırdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net