Şahbaz Şərif Cey Di Venslə görüşüb - YENİLƏNİB
Pakistan Baş nazir Şahbaz Şərif və feldmarşal Seyid Asim Munir İsveçrədə Vaşinqton və Tehran arasında danışıqlar ərəfəsində ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Operativ Media xəbər verir ki, bu barədə Geo.tv məlumat yayıb.
ABŞ və İran texniki səviyyəli danışıqların 4 gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirib ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq.
Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.
10:28
Pakistan Baş naziri Şahbaz Şərif və Silahlı Qüvvələrin Baş komandanı, eyni zamanda Quru Qoşunlarının komandanı feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrənin Bürgenştok şəhərindədirlər.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Baş nazirin Ofisi məlumat yayıb.
Pakistan Baş naziri və feldmarşal iyunun 21-nə planlaşdırılmış müzakirələrdə iştirak edəcək.