Menyu

KİV: Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir

Operativ Media
KİV: Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında iştirak etmir.

Operativ Media xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, nüvə proqramı bu danışıqlar raundunun gündəliyində deyil və Qrossi tədbir yerində yoxdur.

Mənbə bildirib ki, nüvə danışıqlarının başlanması üçün ABŞ ilə artıq imzalanmış memorandumun müddəalarının həyata keçirilməsi tələb olunur.

"Tasnim" xəbər agentliyi öz növbəsində qeyd edib ki, ABŞ AEBA-nın baş direktorunun İsveçrədəki danışıqlarda iştirakını tələb edib, lakin İran bundan imtina edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər