Menyu

Hakan Fidan Misir Prezidenti ilə görüşüb

Operativ Media
Hakan Fidan Misir Prezidenti ilə görüşüb
1 dəq oxu

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Nazirliyin açıqlamasına görə, bu görüş Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin Qahirədə keçirilən dördüncü rəsmi toplantısı çərçivəsində baş tutub.

Əlaqəli Xəbərlər