Menyu

Hindistanda bir zavodda ammonyak sızması nəticəsində yeddi nəfər ölüb

Operativ Media
Hindistanda bir zavodda ammonyak sızması nəticəsində yeddi nəfər ölüb
1 dəq oxu

Hindistanın cənubundakı Tamil Nadu ştatında dəniz məhsulları emalı zavodunda ammonyak sızması nəticəsində ən azı yeddi nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıbX

Hadisə baş verən zaman zavodda ümumilikdə 120 nəfər olub.

Onlarla işçi zəhərli qaz sızması səbəbindən zəhərlənmə əlamətləri və nəfəs almaqda çətinlik çəkdikləri üçün xəstəxanalara aparılıblar.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma başlanılıb. Xilasetmə əməliyyatları davam edir.

Əlaqəli Xəbərlər