Menyu

İran ABŞ nümayəndə heyəti ilə əlsıxma və fotosessiyadan imtina etdi

Operativ Media
İran ABŞ nümayəndə heyəti ilə əlsıxma və fotosessiyadan imtina etdi
1 dəq oxu

İsveçrədə danışıqlar aparan İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə birgə şəkil çəkdirməkdən imtina edib.

Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Amerika nümayəndə heyəti və danışıqların təşkilatçıları görüşün əvvəlində İran rəsmiləri ilə əlsıxma səhnəsi və birgə foto çəkdirməyi planlaşdırıblar. Lakin İran nümayəndə heyəti buna razılıq verməyib.

"Danışıqlar aparan komandaya yaxın olan bu mənbə əlavə edib ki, İran nümayəndə heyətinin bu mərasimdə iştirakdan imtina etməsi ilə əlaqədar canlı yayım və fotosessiya İran nümayəndə heyəti olmadan keçirilib, bundan sonra İran nümayəndə heyəti iclas zalına daxil olub", - məlumatda əlavə olunub.

Əlaqəli Xəbərlər